"Putinin qalası"nı ələ keçirdilər: Nəhəng tikiliyə Ukrayna bayrağı asıldı -

Fransanın Biarris şəhərində Rusiya Prezidenti Vladimir Putinə aid olduğu iddia edilən villa fəallar tərəfindən ələ keçirilib.

Metbuat.az xəbər verir ki, villaya Ukrayna bayrağı asılıb. Özünü sürgündəki rus fəal kimi təqdim edən Pier Lapurdi bununla bağlı video paylaşıb. Pier villanı “Putinin qalası” adlandırıb. Onun sözlərinə görə, bundan sonra villada ukraynalı qaçqınlar qalacaq.

Bildirilir ki, görüntülərin yayılmasından sonra iki fəal nəzarətə götürülüb. Fransa polisi onları sorğu-sual edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR