Ukrayna ordusuna məxsus iki helikopter Rusiya ərazisini bombalayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, helikopterlər Rusiya ərazisinə daxil olaraq, Bryansk vilayətindəki yaşayış evlərinə 6 zərbə endirib.

Məlumata görə, zərbələr nəticəsində Zareçnaya və Lenin küçələrində azı altı yaşayış evinə ziyan dəyib, yeddi nəfər müxtəlif dərəcəli xəsarət alıb.