"Şamaxı"nın baş məşqçisi istefa verib

"Şamaxı" klubunun baş məşqçisi Sənan Qurbanov istefa verib.

Metbuat.az xəbər verir ki, 42 yaşlı mütəxəssis qərarını səfərdə "Qarabağ"a 0:8 hesabı ilə uduzduqları Premyer Liqanın XXIII tur matçından sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, acı məğlubiyyətdən sonra rəhbərliklə danışdığını bildirib: "Gələcək oyunlarda komandaya uğurlar arzu edirəm. Burada kubok qazandım, yaxşı günlərimiz oldu. Amma bu cür məğlubiyyətin ardından qalmaq mümkün deyil".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR