Bakıda kütləvi dava: Bir qrup gənc saxlanılıb

Bakıda kütləvi dava olub, bir qrup gənc saxlanılıb.

Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinə aprelin 19-da saat 20 radələrində metronun “İçərişəhər” stansiyasının yaxınlığında bir qrup gəncin Bakı şəhər sakinləri - E.Bağırovu və V.Xanlarovu döymələri və E.Bağırovun mobil telefonunu almaları barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri N.Hüseynli, A.Abbasov, Sabirabad rayon sakinləri A.Şirinov, C.Qasımov, Şəki rayon sakini F.Hüseynli müəyyən edilərək saxlanılıb.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR