İran Silahlı Qüvvələrinin elit hissəsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun Sistan-Bəlucistan əyalətindəki bölmələrindən birinin komandan müavini, general Pərviz Absalanın oğlu Mahmud Absalan naməlum şəxslər tərəfindən öldürülüb.

Metbuat.az xəbər verir ki, Mahmud Absalan əyalətin administrativ mərkəzi Zahedan şəhərindəki nəzarət-buraxılış məntəqələrindən birində yaxınlığından keçən avtomobildən atəşə tutulub.

Hücum nəticəsində ondan başqa heç kimin xəsarət almadığı bildirilir.

Mahmud Absalan həm də İslam İnqilabı Keşikçiləri Korpusunun generallarından birinin mühafizəçisi olub.