“Zirə”nin qapıçısı sevincindən komanda yoldaşını zədələdi -

Azərbaycan Premyer Liqasının XXIV turunun Sumqayıt şəhərində keçirilən“Sumqayıt” - “Zirə” matçında maraqlı hadisə baş verib.

Metbuat.az xəbər verir ki, görüşdə Bakı komandası 90+4-cü dəqiqədə çempionatın iki bombardirindən biri olan gürcü hücumçu Davit Volkovinin qolu ilə qələbə qazanıb.

Həmin qolu komanda yoldaşları ilə birgə qeyd etmək üçün sevinənlər arasında “Zirə”nin ehtiyat qapıçısı Anar Nəzirov da olub. 36 yaşlı futbolçu qolu qeyd edərkən öz komanda yoldaşı, serbiyalı müdafiəçi Nemanya Ancelkoviçi səhvən zədələyib.

Nəticədə Anar Nəzirov bu hərəkətinə görə baş hakim Elçin Məsiyevdən sarı vərəqə alıb.

Qeyd edək ki, bu qələbədən sonra "Zirə" 42 xalla 3-cü, "gənclik şəhəri" təmsilçisi isə 15 xalla 7-cidir.

Həmin anları təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR