Mirna Trad "Global Woman Awards - 2022" tədbirində mükafatlandırıldı -

Livanının tanınmış yazıçısı Mirna Trad "Reputation İnc. PR & Event" şirkətinin təşkilatçılığı ilə ölkəmizdə baş tutan "Global Woman Awards - 2022" tədbirində "The Successful Writer & Autor" mükafatına layiq görülüb.

On illik marketinq təcrübəsinə baxmayaraq özünü yazıçı kimi sınayan M. Trad bir çox uğurlu işlərə imza ata bilib. Bir sıra məqalələrin müəllifi olan yazıçının ” Gecə yarısından sonra” (After Midnight) kitabı xüsusi rəğbətlə qarşılanıb. Müəllif bir sıra sosial və genden əsaslı problemləri bu kitabında işıqlandırıb.

Mirna Trad hazırda iki layihə üzərində çalışdığını bildirib. Növbəti hədəfləri qadın hüquqları mövzusuna toxunacaq kitabının çapı və heyvanlar üçün sığınacaq açmaqdır.

Bundan əlavə, dəriyə qulluq brendi üzərində çalışdığını vurğulayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR