Noura Akremi ölkəmizdə baş tutan beynəlxalq tədbirdə mükafata layiq görüldü -

Tunisdən olan sahibkar Noura Akremi "Reputation İnc. PR & Event" şirkətinin təşkilatçılığı ilə ölkəmizdə baş tutan "Global Woman Awards - 2022" tədbirində "The Successful Entrepreneur" mükafatına layiq görülüb.


Eyni zamanda prodüser və jurnalist kimi fəaliyyət göstərən N. Akremi Tunis realiti-şousunun juri üzvü, bir çox tanınmış televiziya və jurnalların əməkdaşıdır.

O, "Ajwan" jurnalının baş direktoru və təsisçisidir. Bir çox dillərdə sərbəst danışa bilməsi beynəlxalq əməkdaşlıqlar üçün iş həyatında müsbət rol oynayır. On ildən artıq iş təcrübəsi olan N.Akremi bu illər ərzində bir çox uğurlara imza atıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR