Dünyada baş verən davaların, müharibələrin səbəbi qulaq asmamaqdır
İstanbulda keçirilən "Beynəlxalq Sənət və Mədəniyyət" festivalında iştirak etmək üçün Türkiyədə səfərdə olan Hollivudun məşhur aktyoru Harvi Kaitel (Harvey Keitel) yerli qəzetlərdən birinə müsahibə verib.
İslam dini barədə fikirlərini açıqlayan aktyor pərəstişkarlarına da qızıl nəsihət verib. Milli.Az anspress-ə istinadən həmin müsahibədən bəzi hissələrini təqdim edir:
- Sizdən qızıl bir nəsihət istəsəm, nə deyərsiniz?
- Paylaşmağı bil və qulaq asmağı öyrən. Bu qədər. Dünyada baş verən davaların, müharibələrin səbəbi qulaq asmamaqdır. Əvvəla dinlər bir-birinə qulaq asmalıdır.
- Bu necə olacaq?
- Dualarına qulaq as. Mənasını başa düşmək şərt deyil. Sadəcə, ritminə qulaq as. Məsələn, mən sübh azanına qulaq asmaq üçün "Sultanəhməd"ə (məscid) getdim. Hətta içəriyə girdim, namaz da qıldım.
- Nə hiss etdiniz?
- Dini, irqi nə olursa olsun bu dünyada heç kimin bir-birindən fərqi olmadığını... Azan səsindən təsirlənmək üçün hökmən müsəlman olmaq da lazım deyil. Hər dəfə qulaq asmaq ruhumu oxşayır.
Milli.Az





