ÜST-dən naməlum hepatit virusuyla bağlı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İngiltərədə aşkarlanaraq 16 ölkəyə yayılan mənşəyi məlum olmayan hepatit virusuna münasibət bildirib.

Metbuat.az xəbər verir ki, ÜST-ün yaydığı yazılı açıqlamaya görə, qusma, ishal, qarın ağrısı, mədə və bağırsaq simptomları olan bu virusa yoluxan hər bir uşağın sadə gigiyena qaydalarına riayət etməsi və mütəmadi olaraq əllərini yuması çox vacibdir. Həmçinin qeyd edilib ki, vəziyyət ağırlaşdığı təqdirdə, həkimə müraciət mütləqdir.

Qeyd edək ki, indiyə qədər 16 ölkədə 1 aydan 16 yaşa qədər 170 uşaqda hepatit virusu aşkarlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR