Qulaq çöpündən düzgün istifadə etməyən futbolçu zədələnib

İngiltərənin "Hartlpul Yunayted" klubunun futbolçusu Mark Şelton zədələnib.

Metbuat.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qrem Li açıqlama verib.

Onun sözlərinə görə, 26 yaşlı yarımmüdafiəçi qulaqlarını təmizləyərkən xəsarət alıb: "Şelton hazırda xəstəxanadır. Qulaq çöpü dərinə getdiyindən ayağaı qalxa bilmir, başı gicəllənir".

Futbolçu bu səbəbdən "Skantorp Yunayted"ə qarşı 45-ci tur matçında meydana çıxa bilməyəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR