Corc Buş Zelenskidən DANIŞDI:

ABŞ-ın sabiq dövlət başçısı Corc Buş Ukrayna Prezidenti Volodimir Zelenskini İkinci Dünya müharibəsi zamanı Böyük Britaniyanın baş naziri olmuş Uinston Çörçillə müqayisə edib.

Metbuat.az xəbər verir ki, Buş Ukrayna xalqının cəsarətini alqışlayır, həmçinin liderliyinə, nümunəsinə və azadlığa sadiqliyinə görə Zelenskiyə təşəkkür edib.

“ Zelenski ilə - zəmanəmizin Uinston Çörçili ilə bir neçə dəqiqə danışmaq şərəfinə nail oldum. Zelenski məni əmin etdi ki, onlar Putinin barbarlığına və quldurluğuna qarşı mübarizədə tərəddüd etməyəcəklər. Amerikalılar onların ruhunun gücündən və möhkəmliyindən ilham alırlar. Biz öz azadlıqları üçün mübarizə aparan ukraynalıları dəstəkləməyə davam edəcəyik”, - deyə Buş yekunlaşdırıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR