Azərbaycanlı iş adamı yol qəzasında öldü -

Afrikada qızıl çıxarılması ilə məşğul olan "Arifoglu Gold" şirkətinin rəhbəri Məmmədpaşa Axundov yol qəzasında vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya onun yaxınları məlumat verib. Bildirilib ki, bir müddətdir Mavritaniya və Mali Respublikalarında mədənçilik və xeyriyyə işləri ilə məşğul olan iş adamı avtomobil qəzası səbəbindən həyatını itirib.

Qeyd edək ki, M.Axundov Afrika ölkələrində xəstəxana və məktəblərin tikintisi, içməli su quyularının qazılması kimi xeyriyyə işləri ilə məşğul olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR