Karantin rejimi tam aradan qaldırılacaq? -

"Azərbaycanda xüsusi karantin rejiminin tam aradan qaldırılması məsələsində tələsmək olmaz".

Metbuat.az xəbər verir ki, bu fikirləri Səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, koronavirusun yeni ştamları meydana çıxa bilər: “Maska rejimi ləğv olunub, indi isə tək-tük məhdudiyyətlər var ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, biz də payız aylarında ayıq-sayıq olmalıyıq. Çünki istənilən halda, koronavirusun yeni ştamları çıxa bilər, bu baxımdan, yeni mutasiyası olub-olmamasını bilmədiyimiz üçün mümkün qədər diqqətli olmalıyıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR