Bu ölkədə temperatur 50 dərəcəyə yaxınlaşır

Hindistanın paytaxtı Dehli də daxil olmaqla bir çox şəhərlərində temperatur 49 dərəcəni ötüb.

Metbuat.az xəbər verir ki, hazırda bu rəqəmlər rekord göstəricidir. Dəhşətli istilərlə bağlı artıq əhaliyə xəbərdarlıq edilib.

Digər tərəfdən, yüksək temperaturun buğdaya təsiri, həmçinin Ukrayna-Rusiya müharibəsi səbəbindən qlobal təsirlər barədə çağırışlar edilib. Yüksək temperatur həm də elektrik enerjisinə tələbatın artmasına səbəb olub ki, bu da bir çox ştatlarda işıqların kəsilməsinə və kömür çatışmazlığı qorxusuna səbəb olub.

Qeyd edilib ki, bu istilər son 122 ilin ən isti aylarıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR