Bu gün UEFA Avropa Liqasında 2021/2022 mövsümünə yekun vurulacaq.

Metbuat.az xəbər verir ki, turnirin final oyununda Almaniyanın "Ayntraxt" (Frankfurt) və Şotlandiyanın "Reyncers" klubları üz-üzə gələcəklər. İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.

Bu iki komanda ilk dəfə avrokubokların finalında qarşılaşacaq.

Qeyd edək ki, Avropa Liqasının son qalibi İspaniya "Vilyarreal"ı olub.