Avropa Liqası: Mövsümün rəmzi komandası və ən yaxşı futbolçusu açıqlanıb

UEFA Avropa Liqasında 2021/2022 mövsümünün rəmzi komandası açıqlanıb.

Metbuat.az xəbər verir ki, siyahıda Almaniyanın "Ayntraxt" və "Leyptsiq", Şotlandiyanın "Reyncers" və İngiltərənin "Vest Hem" klublarının futbolçuları yer alıb.

Qapıçı: Kevin Trapp ("Ayntraxt")

Müdafiəçilər: Kreyq Douson ("Vest Hem"), Martin Hinterreger ("Ayntraxt"), Kelvin Bassi ("Reyncers")

Yarımmüdafiəçilər: Ceyms Tavernye ("Reyncers"), Konrad Laymer ("Leyptsiq"), Deklan Rays ("Vest Hem"), Filip Kostiç ("Ayntraxt")

Hücumçular: Kristofer Nkunku ("Leyptsiq"), Rafael Borre ("Ayntraxt"), Rayan Kent ("Reyncers")

Turnirin ən yaxşı futbolçusu "Ayntraxt"ın yarımmüdafiəçisi Filip Kostiç, ən yaxşı gənc oyunçusu isə komanda yoldaşı Ansqar Knauff seçilib.

Qeyd edək ki, Avropa Liqasında cari mövsümün qalibi finalda "Reyncers"i məğlub edən "Ayntraxt" olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR