Səfər Mehdiyev Qaxda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev mayın 27-də, saat 11:00-da Qax rayon Heydər Əliyev Mərkəzində (Qax şəhəri, Nəriman Nərimanov küçəsi, 10 ünvanında) Qax və Şəki rayonlarından olan vətəndaşları qəbul edəcək.

Metbuat.az bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və yaxud Komitənin rəsmi internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR