"Sabah" klubu Azərbaycan yığmasının futbolçusu müqavilə bağlayıb

“Sabah” klubu Azərbaycan milli komandasının futbolçusu Aleksey İsayevlə yeni müqavilə bağlayıb.

Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 2025-ci ilin mayınadəkdir.

Aleksey İsayev 2020-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. O, bu müddətdə komandamızın heyətində 50 oyun keçirib, 7 qola imza atıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR