Şimali Koreya nüvə silahını sınaqdan keçirə bilər -

ABŞ, yeni nüvə silahı sınağını təşkil edəcəyi təqdirdə Şimali Koreyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Cənubi Koreya, ABŞ və Yaponiyanın birgə açıqlamasında deyilir. Bildirilib ki, Şimali Koreya 5 ildən sonra ilk dəfə yaxın günlərdə nüvə silahını sınaqdan keçirə bilər. ABŞ tərəfi bildirib ki, Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı qətnamə qəbul etməsinə veto qoyur. Bu isə Pxenyanı təxribatlar etməyə sövq edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR