Bakıda qitə çempionlarının iştirakı ilə toplanış

Bakı Olimpiya Stadionunda 40-dan çox əcnəbi cüdoçunun iştirakı ilə təlim-məşq toplanışı keçirilir.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, iyunun 10-dək davam edəcək toplanışa Xorvatiya, Çexiya, Finlandiya, Niderland, Slovakiya, Ukrayna və Puerto Rikodan yüksək səviyyəli idmançılar qatılıblar.

Onlar arasında son Avropa çempionları Boqdan Yadov (66 kq), Maykl Korrel (100 kq), Jur Spijkers (+100 kq) və ötənilki Panamerika çempionu Adrian Qandia da yer alıb.

Bu növ təlim-məşq toplanışlarının təşkilində məqsəd ilk növbədə idmançıların peşəkar bacarıqlarının artırılması, rəqabət səviyyələrinin təkmilləşdirilməsi ilə yanaşı, onların qarşıdan gələn irimiqyaslı beynəlxalq yarışlara hazırlanmasına dəstək göstərməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR