IX siniflərin buraxılış imtahanında da, III qrup üzrə də ən yüksək nəticə göstərdi -

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 21-22 may tarixlərində keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

Metbuat.az xəbər verir ki, “Azərbaycan Universitetləri” feysbuk səhifəsinin məlumatına görə, III qrup üzrə ən yüksək nəticəni Bakı şəhəri, 286 saylı məktəbin məzunu Nəcməddin Orucov göstərib.

O, ilk imtahandan maksimal 300 balı toplamışdı. 2-ci imtahanda isə 387,3 bal toplayıb. Beləliklə, N. Orucov 687,3 bal toplamaqla III qrup üzrə ən yüksək nəticə əldə edib.

Qeyd edək ki, o, 2 il öncə IX siniflərin buraxılış imtahanında da yüksək nəticə göstərmiş və - 276 bal toplamışdı.

Bir 1 nəfər və içəridə-in yaxından çəkilişi ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR