Azərbaycan Respublika Kinematoqrafçılar İttifaqının (ARKİ) katibi, Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayevin “Torpaq” filminin premyerası keçiriləcək.
Bu barədə Metbuat.az-a İttifaqın Mətbuat Xidmətinin rəhbəri Əli Vəliyev bildirib.
O qeyd edib ki, filmin təqdimat mərasimi iyunun 14-də Nizami Kino Mərkəzində baş tutacaq:
“Tədbirin təşkilatçıları Mədəniyyət Nazirliyi, "Səlnamə"studiyası və Azərbaycan Respublika Kinematoqrafçılar İttifaqıdır”.