Bu ilin birinci yarısında vəzifəsindən gedənlər - Onları kim əvəz etdi? - SİYAHI

Metbuat.az 2022-ci ilin birinci yarısında vəzifəsini tərk edənlərin və onları əvəz edənlərin siyahısını təqdim edir.

Prezident İlham Əliyevin sərəncamı ilə İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, 2015- ci ildən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı idi. Prezidentin digər sərəncamı ilə Abdin Fərzəliyev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq İradə Gülməmmədovanın yerinə təyin edilib.

İradə Gülməmmədova vəzifəsindən azad olundu – yerinə Abdin Fərzəliyev  gətirildi – VIP Media

İlin ən çox səs gətirən istefa xəbərlərindən biri də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) eks- prezidenti Ramiz Mehdiyevin vəzifəsini tərk etməsi oldu. 84 yaşlı R.Mehdiyev 23 oktyabr 2019-cu ildən AMEA-nın prezidenti vəzifəsində olub.

Hazırda AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın Birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunub.

Ramiz Mehdiyevi evez eden Arif Hesimov KIMDIR? - DOSYE

Cari ildə digər bir istefa xəbəri də Azərbaycan Mərkəzi Bankından gəldi. Belə ki, 1995-ci ilin yanvar ayından Mərkəzi Bankın rəhbəri olan Elman Rüstəmov bu il vəzifəsindən azad edildi. 29 iyun tarixində 70 yaşı tamam olacaq olan eks-sədrin yerinə isə Prezident İlham Əliyevin sərəncamı ilə Taleh Tahir oğlu Kazımov təyin edildi.

Paşa Bank'dan Elman Rüstəmovun yerinə gətirilən Taleh Kazımov kimdir?

Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev də bu il vəzifəsindən azad edilib. 1997-ci ilin 6 fevral tarixindən Milli Məclis Aparatının rəhbəri olan Səfa Mirzəyev son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun yerinə əvvəl Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində işləyən Fərid Famil oğlu Hacıyev təyin edilib.

Cari ilin ilk birinci yarısında Prezident İlham Əliyev Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Digər sərəncamla Cavid Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Cavid Qurbanovun vəzifəsinə müvəqqəti olaraq qurumun sədr müavini Hicran Valehov gətirilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, V.Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələki təyinat yoxdur.

Vaqif Əsədov təqaüdə göndərildi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR