Şanxayda neft-kimya zavodunda güclü partlayış baş verib -

Çinin şərqində Şanxayda neft-kimya zavodunda partlayış baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə xidməti məlumat yayıb.

Bildirilir ki, hadisə saat 04:00 radələrində (Bakı vaxtı ilə 00:00 - red.) “Sinopec”in Şanxay filialının etilen qlikol istehsalı zavodunun ərazisində baş verib. Ən azı bir nəfər ölüb.

Yerli sakinlər şənbə günü səhər tezdən partlayış səsi eşitdiklərini, sonra isə kəskin qoxu hiss etdiklərini deyirlər. Dərhal hadisə yerinə yanğınsöndürənlər gəlib və bir neçə saat ərzində vəziyyət nəzarətə götürülüb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR