FIFA legionerlərə Rusiya klubları ilə müqaviləni pozmağa icazə verib

FIFA əcnəbi futbolçular və məşqçilərə Rusiya klubları ilə 2023-cü ilin yayınadək olan müqavilələrini pozmağa icazə verib.

Metbuat.az qurumun rəsmi saytına istinadən məlumat verir ki, Rusiya Futbol İttifaqına (RFS) üzv olan komandalar 2022-ci il iyunun 30-dək legionerlərlə qarşılıqlı razılığa gəlməlidirlər.

Əks halda, əcnəbilər növbəti ilin yayına qədər olan sözləşmələri ləğv etmək hüququ qazanacaqlar.

Qeyd edək ki, Rusiya yığmaları və klubları Ukraynadakı müharibəyə görə FIFA və UEFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR