Lavrov Bakı və İrəvan münasibətlərinin normallaşmasını müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə Bakı və İrəvan arasında normallaşmanı müzakirə edəcək.

Metbuat.az Rusiyanın "TASS" informasiya agentliyinə istinadən xəbər verir ki, Rusiyanın baş diplomatı Tehrandan Bakıya gəlib və ötən gün axşam saatlarında Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə Lavrov Rusiyanın Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması danışıqlarına tərəflərin razılığı ilə töhfə verməyə hazır olduğunu bildirib.

Lavrov əlavə edib ki, Moskva, həmçinin iki Qafqaz ölkəsi arasında sərhədin delimitasiyası və demarkasiyası istiqamətində öz töhfələrini verməyə hazırdır.

Hər iki xarici işlər nazirləri, həmçinin 2020 və 2021-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ üzrə əldə edilmiş razılaşmaların icrasını ətraflı müzakirə edəcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR