İçkili halda evə gedən işçi yarım milyon sakinin şəxsi məlumatları olan diski itirir

Yaponiyanın Amaqasaki şəhərində, bir işçi alkoqollu halda evə gedərkən təxminən yarım milyon sakinin şəxsi məlumatlarını ehtiva edən USB yaddaş diskini itirib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, diski itirən Yaponiyanın Amaqasaki şəhərinin rəsmiləri Covid-19 pandemiyası zamanı yardım ödənişlərinə nəzarət etmək üçün işə götürülən əməkdaşı olub.

Bir axşam bir restoranda içki içdikdən sonra o, evə gedərkən 460.000 sakinin şəxsi məlumatları olan fləş diskin yox olduğunu görüb. Səhəri gün o, bu barədə polisə məlumat verib.

Rəsmi məlumatlara görə, diskdəki məlumatlara sakinlərin adları, ünvanları və doğum tarixləri, habelə onların yaşayış yeri üzrə vergi ödənişlərinin təfərrüatları və uşaq müavinətləri və digər müavinətlər alanların bank hesablarının nömrələri daxildir.

Lakin, bütün məlumatlar şifrələnib və şifrəylə qorunduğu üçün məlumat sızması ilə bağlı heç bir məlumat verilməyib.

Amaqasaki rəsmisi jurnalistlərə açıqlamasında "İctimaiyyətin şəhər administrasiyasına inamını dərindən zədələdiyimiz üçün çox təəssüflənirik" deyərək insanlardan üzr istəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR