“Güclüyəm, dəyərliyəm, qadınam!” layihəsinin növbəti təlimləri keçirilib -

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK), Səbail Rayon İcra Hakimiyyətinin, “Regional İnkişaf" İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən “Güclüyəm, dəyərliyəm, qadınam!” layihəsi çərçivəsində növbəti təlimlər baş tutub.

Bu barədə Metbuat.az-a komitənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ilk növbədə iştirakçılara həyat kouçu tərəfindən özünə inam, təqdiretmə qabiliyyəti, cəmiyyətdə doğru mövqenin müəyyən edilməsi kimi mövzuları əhatə edən təlim keçirilib.

Növbəti təlim hüquq hazırlığına həsr olunub. Təlim zamanı gender bərabərliyi, məişət zorakılığına qarşı mübarizə, ailə və qadın problemləri, ehtiyac olduğu təqdirdə məhkəmə prosesində iştirak kimi mövzulara toxunulub.

Həmçinin, iştirakçılara AQUPDK-nın psixoloqu tərəfindən təlim keçirilib. Təlim zamanı hiss və emosiyaların idarə olunması, zorakılıq hallarından qorunma yolları izah edilib.

Qeyd edək ki, yerli icmanın dəstəyi ilə reallaşan, Bakı şəhəri Səbail rayonundan 30 nəfər qadının iştirak ediyi layihənin əsas məqsədi məişət zorakılığı ilə bağlı məsələlərdə qadınları maarrifləndirmək, özünə güvəni artırmaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR