Azərbaycan cüdoçuları 8-ci medalı qazandı

Azərbaycan Əli Hacızadə Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Metbuat.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində rəqib israilli Yaniv Aqronov olub. Rəqibinə ipponla qalib gələn Hacızadə fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Bununla da, Azərbaycanın Avropa çempionatında qazandığı medalların sayı 8-ə çatıb. Daha əvvəl Şahin Orucov (55 kq), Nizami İmranov (60 kq) və Fidan Əlizadə (57 kq) qitə çempionu olub, Aydan Vəliyeva (48 kq) gümüş, Məhəmməd Məmişov (50 kq), Nicat Nağıyev (66 kq) və Əbil Yusubov (73 kq) isə bürünc medala sahib çıxıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR