Aleksey Baqanın köməkçisi millinin sabiq üzvüdür

“Sumqayıt” futbol klubunun əsas komandasının məşqçilər heyətində yeni təyinat olub.

Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisinin sabiq müdafiəçisi Rail Məlikov baş məşqçi Aleksey Baqanın köməkçisi vəzifəsini icra edəcək.

Qeyd edək ki, 37 yaşlı veteran oyunçu "Sumqayıt"da keçirdiyi 4 mövsümdə ümumilikdə 73 oyuna çıxıb. O, həmçinin, Azərbaycanda “Bakı”, “Neftçi”, “Qəbələ”, AZAL və “Şamaxı” klublarının, Türkiyədə isə "Denizlispor"un formasını geyinib. Azərbaycan millisində də çıxış etmiş Məlikov məşqçi kimi ötən mövsüm “Şamaxı-2” ilə I Divizionun gümüş medallarına yiyələnib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR