Azərbaycan və Malayziya turizm əlaqələrini müzakirə edib

Bu gün Bakıda keçirilmiş İslam Əməkdaşlığı Təşkilatının Turizm Nazirlərinin 11-ci konfransı çərçivəsində Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevlə Malayziyanın mədəniyyət, incəsənət və turizm naziri Həcəh Nansi Şükri arasında görüş keçirilib.

Bu barədə Metbuat.az-a DTA-dan məlumat verilib.

Görüşdə Asiya turizm bazarının Azərbaycan üçün önəmli olduğunu qeyd edən F.Nağıyev Agentliyin bu istiqamətdə Asiya ölkələri ilə sıx əməkdaşlıq etdiyini bildirib. Agentlik sədri Azərbaycanın Malayziya ilə də turizm sahəsində əməkdaşlığa maraq göstərdiyini, qarşılıqlı infoturların və turist səfərlərinin təşkilində aktiv fəaliyyət göstərməyə hazır olduğunu deyib.

O, çıxışı zamanı 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunları zamanı Malayziya həsr olunmuş mədəniyyət günlərinin təşkil edildiyini və bu hadisənin paytaxt Bakıda böyük marağa səbəb olduğunu həmkarının diqqətə çatdırıb.

Azərbaycanla Malaziya arasında birbaşa uçuşların təşkil edilməsinin önəminə toxunan H.N.Şükri Malaziya üçün Azərbaycanla turizm əlaqələrinin inkişafının əhəmiyyət kəsb etdiyini, ölkəsinin turist axınının artırılmasında qarşılıqlı əməkdaşlıq etməyə və bu çərçivədə birgə turların həyata keçirilməsinə hazır olduğunu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı