ANS PRESS-in məlumatına görə, bu gün "Günə Baxan" verilişinin qonağı olan müğənni qalib olmaq üçün çox əziyyətlərə dözdüyünü söyləyib:
"Mənimlə finala qalan Samir Cavadzadə ilə Rəşad Dağlının ayaqlarının şişdiyini, necə əziyyət çəkdiyini efirə verdilər. Mənim üzləşdiyim əziyyətlərimlə bağlı bir dənə də olsun kadr verilmədi. Danışılacaq çox sözlərim var".
İfaçı "Maşın"dan uzaqlaşdırdığı Mehriban Xanlarovaya qarşı kin saxlamadığını deyib: "Mehriban xanıma qarşı heç bir pis hissim yoxdur. Özümdən asılı deyil, mənim o insana qarşı nifrətim yoxdur. Mənim anam Mehriban xanımı çox istəyir. Sadəcə mənim sözümə qulaq assa idi, bəlkə qalib o olacaqdı. Mənim adımı çəkməsəydi çıxarmayacaqdım. Bu xanım onun-bunun sözü ilə oturub-durdu, mən də məcbur qalıb çıxartdım".