Lavrov istefa verən Consonu belə "yola saldı":

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Böyük Britaniyanın baş naziri Boris Consonun istefa verməsinə münasibətb bildirib.

Metbuat.az xəbər verir ki, Lavrovun sözlərinə görə, Conson Rusiyanın təcrid olunmasına səy göstərib: “Getdi və getdi. Hamı deyirdi ki, Rusiya təcrid olunmalıdır. Lakin öz partiyası Consonu təcrid etdi”.

Qeyd edək ki, Britaniya hökumətindəki kütləvi istefalardan sonra Boris Conson da istefa verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR