İsveçin baş naziri Maqdalena Andersson PKK terror təşkilatının “bayraqları” ilə foto çəkdirən deputatlara etiraz edib.
Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, “bayraqlar”ı nümayiş etdirmək uyğunsuz davranışdır. “PKK təkcə İsveçin deyil, Avropa Birliyinin terror siyahısındadır” deyən hökumət başçısı, etirazını ifadə edib.
Qeyd edək ki, İsveçdə əvvəllər belə məsələlərə biganə yanaşılırdı. Türkiyənin tələblərindən sonra NATO-ya üzv olmaq istəyən İsveç nisbətən mövqeyini dəyişib.