Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu İordaniya Krallığının səfiri ilə görüşüb

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sami Asem Qoşeh ilə görüşüb.

Metbuat.az-a Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun mətbuat xidmətindən verilən xəbərə görə, görüş zamanı Günay Əfəndiyeva Türk Dünyasının qədim irsinin, tarixinin qorunması, öyrənilməsi və beynəlxalq səviyyədə təbliği istiqamətində təşkilat tərəfindən həyata keçirilən layihələrdən söz açıb.

Fondun prezidenti Türk Dünyası ilə Ərəb Dünyasının yaxınlaşdırılması çərçivəsində təşkilat tərəfindən nəşr olunan “Azərbaycan Qadın Şairələrinin Poeziya Antalogiyası” kitabının ərəb dilində işıq üzü görməsi haqqında məlumat verib. Günay Əfəndiyeva mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində əməkdaşlığın vacibliyini vurğulayıb.

İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sami Asem Qoşeh müxtəlif sivilizasiyaların biraraya gətirilməsi yönündə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirib. Sami Asem Qoşeh təşkilat ilə İordaniya arasında qarşılıqlı əməkdaşlığın uğurlu inkişafına inandığını qeyd edib.

Görüş əməkdaşlığın gələcək perspektivlərinin dəyərləndirilməsi istiqamətində fikir mübadiləsi ilə davam edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR