Proqnoz verildi - 4 ay sonra dünya əhalisi 8 milyard olacaq

4 ay sonra dünya əhalisinin sayı 8 milyarda çatacaq.

Metbuat.az xəbər verir ki, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin dərc etdiyi “Dünya Əhalisinin Perspektivləri 2022” hesabatına görə, 2022-ci il noyabrın 15-də dünya əhalisinin sayı 8 milyarda çatacaq.

Qeyd edilib ki, bu rəqəm dünya əhalisinin sayının 7 milyarda çatmasından 11 il son baş tutacaq. İnsanların sayı son bir neçə onillikdə çox sürətlə artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR