Qurban Qurbanov oyundan öncə yuxuda kimi görüb? -

"Ötən gün maraqlı yuxu görmüşdüm. Yuxuda Qarabağda və Şuşada idim".

Metbuat.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Polşa "Lex"inə 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Qurbanov ötən gecə yuxuda Aqil Abbası da gördüyünü bildirib: "Görürəm ki, Aqil Abbas Şuşada dağın başındadır. Qar yağıb və Aqil müəllim qarın içindədir. Məndən bir az yuxarıdadır və deyir ki, Qurban, gör şəhər necə istidir. Mənə bir-bir təpələri göstərir ki, gör oraya necə qar yağıb. Baxıram və görürəm ki, oralar ağdır".

Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Polşa "Lex"i üzərində 5:1 hesablı qələbə qazanıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR