"Sabah" "Fənərbağça" və "Portu"nun sabiq futbolçusu ilə müqavilə imzalayıb

“Sabah” Seneqallı futbolçu Abdulaye Ba ilə müqavilə imzalayıb.

Metbuat.az-a paytaxt təmsilçisindən verilən xəbərə görə, mərkəz müdafiəçisi ilə bağlanmış müqavilənin müddəti 1+1 ildir.

Ba karyerası ərzində Portuqaliyanın “Portu” (2012-2014), “Sportinq” (Kovilya, 2010/11), “Akademika” (2011/12), “Gimaraynş” (2013/14), “Moreyrense” (2020-2022), “Aroka” (2021/22), İspaniyanın “Rayo Valyekano” (2014/15, 2017-2019), “Deportivo” (2019/20), Türkiyənin “Fənərbağça” (2015/16), “Alanyaspor” (2016/17), Almaniyanın “Münhen 1860” (2016/17) və Rumıniyanın “Dinamo” (Buxarest, 2020/21) klublarında çıxış edib. O, Seneqal millisinin heyətində 6 oyun keçirib.

Qeyd edək ki, Abdulaye “Sabah”da 13 nömrəli formada çıxış edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR