Latviyanın kənd təsərrüfatı naziri Azərbaycanda işgüzar səfərdədir

Latviyanın kənd təsərrüfatı naziri Kasars Herhards Azərbaycanda işgüzar səfərdədir.

Metbuat.az xəbər verir ki, bu barədə Latviyanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində onun Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının həmsədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə görüşləri planlaşdırılıb.

İyulun 15-dək davam edəcək səfərin əsas məqsədi iki ölkə arasında qida təhlükəsizliyi, meşəçilik, kənd təsərrüfatı sahələrində təhsil və elmi tədqiqatlar üzrə ikitərəfli əməkdaşlığın gələcək inkişafını müzakirə etməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR