ABŞ və Cənubi Koreyanın hava qüvvələri birgə təlimlər keçirib. Metbuat.az xəbər verir ki, təlimlərə 30 təyyarə cəlb edilib.

Təyyarələr arasında F-35 qırıcıları da olub. Bildirilir ki, bu, Cənubi Koreya ilə F-35 təyyarələrinin cəlb edildiyi ilk təlimdir. Məlumata görə, təlimlərin məqsədi iki ölkə arasında güclü ittifaq əlaqələrinin olduğunu nümayiş etdirməkdir.

Qeyd edək ki, Şimali Koreyanın təlimləri və müxtəlif istiqamətlərdə atəş açması yarımadada gərginlik yaradıb.