Koronavirusun yoluxuculuq qabiliyyəti yüksək olan növü

Xəbər verdiyimiz kimi, artıq həftələrdir ki, dünyada koronavirusa yoluxma və ölüm sayında artım müşahidə olunur.

Metbuat.az xəbər verir ki, virusun yeni növlərinin aşkara çıxması isə təlaş yaradıb. Belə ki, COVİD-19-un BA.5 variantı bu günə qədər görülən ən çox yoluxuculuq qabiliyyətinə malik olan növüdür.

Mütəxəssislər qeyd edirlər ki, bu variantın əsas 5 simptomu - öskürək, burun axıntısı, boğaz ağrısı, yorğunluq, baş və əzələ ağrıları var. Həmçinin qeyd edilib ki, BA.4 və ya BA.5 virusuna yoluxmuş insanlarda delta və ya koronavirusun digər variantlarına yoluxanlarla müqayisədə, dad və qoxu hisslərini itirmək və ya nəfəs darlığı yaşamaq ehtimalı azdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR