Serbiya millisinin üzvü Azərbaycan klubunda -

Transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunu heyətinə cəlb edib.

Metbuat.az xəbər verir ki, "kimyaçılar" Serbiya U-21 millisinin üzvü Damian Daniçiçi Zaqreb “Dinamo”sundan transfer edib. 22 yaşlı cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.

"Srvena Zvezda"nın yetirməsi olan Daniçiç karyerası ərzində həmçinin Serbiyanın "Qrafiçar", "Vozdovats", Xorvatiyanın "İstra" və "Varazdin" klublarında çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR