"Neftçi" futbolçusu ilə müqaviləni pozdu

“Neftçi” klubu futbolçusu Fəhmin Muradbəyli ilə yollarını ayırıb.

Metbuat.az "ağ-qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qaydada şəkildə xitam verib.

Ona təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Fəhmin Muradbəyli 2013 - 2018, 2020 - 2021-ci illər ərzində ağ-qara formada 94 oyunda meydana çıxıb, 8 qol vurub. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Şamaxı”da keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR