Bayden Zelenskayanı gül-çiçəklə qarşıladı -

ABŞ-da səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya Ağ Evdə olub.

Metbuat.az “CNN”ə istinadən xəbər verir ki, Yelena Zelenskaya ABŞ-ın birinci xanımı Cill Baydenlə rəsmi görüş üçün Ağ Evə səfər edib.

ABŞ Prezidenti Co Bayden və həyat yoldaşı Cill Bayden Yelena Zelenskayanı şəxsən qarşılayıblar. Baydenin Zelenskayanı böyük çiçək buketi ilə qarşılaması xüsusi diqqət çəkib.

Ağ Evin yaydığı məlumata görə, Zelenskaya və Bayden ABŞ-ın Ukrayna hökumətinə və xalqına gələcək dəstəyini müzakirə ediblər.

Qeyd edək ki, bu gün Ukraynanın birinci xanımı ABŞ Konqresində çıxış edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR