Ukrayna çempionu müharibədə həlak olub

Ukraynanın daha bir idmançısı Rusiya ilə müharibədə həlak olub.

Metbuat.az UNIAN-a istinadən xəbər verir ki, stronqmen üzrə həvəskarlar arasında ölkə çempionu Vasili Pavelyev döyüş tapşırığını yerinə yetirərkən gülləyə tuş gəlib.

Qeyd edək ki, indiyədək müharibədə Ukraynanın 100-ə yaxın idmançısı həlak olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR