İraqda nə baş verir? - Kərbəlada minlərlə insan küçələrə çıxıb:

Bağdadda təhlükəsizlik qüvvələri etirazçıları parlament binasından çıxarıb.

Metbuat.az xəbər verir ki, bu barədə rəsmi mənbələr məlumat yayıb. Bildirilir ki, polis parlament binasına nəzarəti bərpa edib. Bununla belə, parlament binası, səfirliklərin və digər əhəmiyyətli obyektlərin yerləşdiyi “yaşıl zona” da vəziyyət gərgindir. Rəsmilər ixtişaşların davam etdiyi “yaşıl zona”nı tərk ediblər. Etirazlar həmçinin Nəcəf, Bəsrə, Kərbəla şəhərlərini də əhatə edib.

Qeyd edək ki, Məhəmməd əl-Sudaninin namizədliyinə qarşı çıxan etirazçılar parlament binasını zəbt etmişdi. Etirazçılar şiə din xadimi Müqtəda əs-Sədrin tərəfdarıdır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR