UEFA "Fənərbaxça" azarkeşlərinin Putin şüarları ilə bağlı araşdırma

UEFA "Fənərbaxça" - "Dinamo Kiyev" matçı zamanı "Fənərbaxça" azarkeşlərinin qarşı tərəfi qıcıqlandırmaq üçün Putin şüarları səsləndirməsiylə bağlı araşdırma başlatdığını açıqlayıb.

Metbuat.az bu barədə "Sputnik Türkiyə"yə istinadən xəbər verir.

Belə ki, UEFA Çempionlar Liqasının 2-ci Təsnifat mərhələsinin cavab matçında "Fənərbaxça" Ukrayna təmsilçisi "Dinamo Kiyev"i qəbul edib. Matçın 57-ci dəqiqəsində Kiyev Vitali Buyalskinin qolu ilə 1-0 önə keçib.

Buyalski vurduğu qolun sevincini qeyd edərkən "Fənərbaxça" tribunalarına doğru qıcıqlandırıcı hərəkətlər edib. "Fənərbaxça" tribunaları isə futbolçuya reaksiya göstərərək Rusiya prezidenti Vladimir Putinin tezahürat edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR