Bacıların müəmmalı ölümü: Cəsədləri ayrı-ayrı otaqlarda tapılıb -

Avstraliyanın Sidney şəhərində yaşadıqları evdə cəsədləri tapılan iki bacının müəmmalı ölümü ölkədə rezonans yaradıb.

Metbuat.az xəbər verir ki, Səudiyyə Ərəbistanından olan 23 və 24 yaşlı qızların cəsədi ayrı-ayrı otaqlarda tapılıb. Avstraliya polisinin və mütəxəssislərin araşdırmasına baxmayaraq bacıların ölüm səbəbini müəyyən etmək mümkün olmayıb. Polisin məlumatına görə, bacılar cəsədləri müəyyən ediləndən bir neçə həftə əvvəl ölüb. Evin kirayə pulu ödənmədiyi üçün ev yiyəsi polislərlə birgə evə baxış keçirərərkən hadisənin üstü açılıb. Hadisəni polisdən əlavə dedektivlər də araşdırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR