Gürcüstan DİN: "Qəzaya uğrayan helikopterdə 8 nəfər olub"

Gürcüstanda Sərhəd Polisinə məxsus qəzaya uğrayan helikopterdə 8 nəfər olub.

Metbuat.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Həmin şəxslərin dördü ekipaj üzvü, ikisi xilasedici, digər ikisi isə tibb işçisidir.

Hadisə yerinə DİN-nin müvafiq qurumları səfərbər olunub, lazımı tədbirlər həyata keçirilir.

Faktla bağlı hava nəqliyyatının istismarı qaydalarının pozulması maddəsi üzrə araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR